Flik: “Bəzən 1:0 hesabı ilə qalib gəlmək də yaxşıdır”

“Barselona”nın baş məşqçisi Hans-Diter Flik La Liqanın 33-cü turunda “Malyorka”ya qarşı keçirilən oyunla (1:0) bağlı fikirlərini bölüşüb.

Kataloniyalılar qapıya endirilən zərbələrin sayında rəqibi on dəfədən çox üstələyiblər: 40 zərbə qarşılığında cəmi 4. Onlar oyuna tam nəzarət etmələrinə baxmayaraq, yalnız bir dəfə fərqlənə biliblər. Qələbə qolunun müəllifi Dani Olmo olub, o, 46-cı dəqiqədə fərqlənib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, almaniyalı çalışdırıcı həqiqətən yaxşı oynadıqlarını bildirib:

“40 zərbə vurduq, həqiqətən yaxşı oynadıq. Bəli, bir neçə önəmli şansdan istifadə edə bilmədik, amma qapımızda qol buraxmadıq. Bəzən 1:0 hesabı ilə qalib gəlmək də yaxşıdır. “Malyorka” öz üslubunda oynadı, əla əks-hücumlar qurdu, amma biz oyunu nəzarətdə saxladıq və az səhv etdik, bu isə mənim üçün çox vacibdir. Müdafiədə daha yaxşı oynamağa başlamışıq”.

“Barselona” 33 turdan sonra 76 xalla La Liqanın turnir cədvəlinə başçılıq edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button