
Flik oyunların ilk hissəsini köməkçilərinə niyə çəkdirir?
“Barselona”nın baş məşqçisi Hans-Diter Flik öz məşqçi heyətindən hər matçın ilk yarısının videosunu çəkməyi xahiş edir.
Komanda.az xəbər verir ki, bu barədə “Mundo Deportivo” nəşri məlumat yayıb.
Almaniyalı mütəxəssis fasilə zamanı komandasında taktiki dəyişikliklər etmək, həmçinin rəqibin zəif tərəflərini göstərmək üçün videogörüntülərdən istifadə edir. “Barselona”nın keçmiş baş məşqçisi Xavi Hernandesin də eyni şeyi etdiyi deyilir.
“Barselona” 27 oyundan sonra 60 xalla İspaniya çempionatının turnir cədvəlinə başçılıq edir. Kataloniyalılar növbəti oyununu martın 27-də “Osasuna”ya qarşı keçirəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



