Flik: “Məqsədimiz La Liqanı qazanmaqdır”

“Barselona”nın baş məşqçisi Hans-Diter Flik İspaniya çempionatında mümkün çempionluqla bağlı fikirlərini bölüşüb.

Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, almaniyalı çalışdırıcı məqsədlərinin La Liqanı qazanmaq olduğunu bildirib:

“Bizim məqsədimiz La Liqanı qazanmaqdır. Bu, yalnız uzun və çətin bir mövsümün sonunda, yüksək səviyyədə çıxış etdikdən sonra əldə edilən bir tituldur”.

“Barselona” 33 turdan sonra İspaniya La Liqasının turnir cədvəlinə 76 xalla başçılıq edir. Kataloniya klubu ən yaxın izləyicisi “Real”dan 4 xal öndədir.

Flikin komandası bu gün 34-cü tur çərçivəsində səfərdə “Valyadolid”lə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button