Flik: “Mənim inanılmaz komandam var”

“Barselona”nın baş məşqçisi Hans-Diter Flik 2024/25 mövsümündə trebl qazanmağın mümkünlüyündən danışıb.

Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, almaniyalı çalışdırıcı inanılmaz komandasının olduğunu söyləyib:

“Bunu xəyal edə bilərsiz, amma diqqətini cəmləməlisən. Növbəti matçımız “Betis”ə qarşı olacaq. Qarşıdakı həftələr çox məşğul olacağıq, amma mənim inanılmaz komandam var. Azarkeşlər klubla fəxr edə bilər”.

“Barselona” dünən İspaniya kubokunun yarımfinalında “Atletiko”nu ümumi hesabda 5:4 məğlub edərək, finala yüksəlib. Komanda burada “Real”la qarşılaşacaq.

Bundan əlavə, kataloniyalılar La Liqada və UEFA Çempionlar Liqasında da çempionluq üçün mübarizə aparırlar.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button