“Flik məndən qalmağımı xahiş etdi”

“Barselona”nın müdafiəçisi İniqo Martines baş məşqçi Hans-Diter Flikin onu yayda Kataloniya klubunda qalmağa inandırdığını etiraf edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu deyib:

“Mən komanda ilə mövsümöncəsi məşq keçirdim və sonra Flik mənə güvəndiyini söylədi. Məndən qalmağımı xahiş etdi. O, belə dedi: “Mənə güvən, “Barselona”da qal”. Sonda bu, mənim üçün ən yaxşı qərar oldu”.

Martines 2023/24 mövsümündə müntəzəm oyun praktikası qazanmadığı üçün klubunu dəyişmək barədə ciddi düşünüb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button