Flik: “Məmnunam”

“Barselona”nın baş məşqçisi Hans-Diter Flik İspaniya superkubokunun yarımfinalında “Atletik”ə qalib gəldikləri oyundan (2:0) sonra danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, almaniyalı çalışdırıcı layiqli oyun nümayiş etdirdiklərini bildirib:

“Bir çox anlarda digər oyunlardakı kimi yaxşı oynamadıq, amma ümumilikdə komanda pis deyildi. Qol buraxmadıq və layiqli oyun nümayiş etdirdik. Məmnunam. Dani Olmo və Pau Viktor üçün xoşbəxtəm, onlar finalda oynaya biləcəklər. Amma indi bütün komanda üçün xoşbəxtəm”.

İspaniya superkubokunun finalı yanvarın 12-də keçiriləcək. “Barselona” bu gün müəyyənləşəcək “Real” – “Malyorka” matçının qalibi ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button