Flik: “Mən əvvəllər belə bir şey yaşamamışam”

“Barselona”nın baş məşqçisi Hans-Diter Flik Kataloniya komandasındakı işindən danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, almaniyalı çalışdırıcı bu klubu sevdiyini bildirib:

“Mən bu klubu sevirəm, hər gün burada işləməkdən həzz alıram, texniki heyət və məşqçilərlə birlikdə bu komandaya rəhbərlik etmək əladır. Bu, həqiqətən də əladır, çünki buradakı oyunçular unikaldır. Mən əvvəllər belə bir şey yaşamamışam”.

59 yaşlı mütəxəssis ötən ilin yayında Xavini əvəzləyərək “Barselona”nın baş məşqçisi postuna keçib. 22 turdan sonra aktivində 45 xalı olan kataloniyalılar İspaniya çempionatının turnir cədvəlində 3-cü yeri tutur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button