Baş məşqçi Fermin Lopesə görə özünü günahlandırır

“Barselona”nın baş məşqçisi Hans-Diter Flik komandanın yarımmüdafiəçisi Fermin Lopesin zədələnməsi ilə bağlı fikirlərini bölüşüb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, almaniyalı çalışdırıcı Lopesin zədələnməsində özünü günahkar hesab edir:

“Onun zədəsinə görə özümü günahkar hesab edirəm. Fermin yayda iki ciddi turnirdə iştirak edib. Gənclər komandasının baş məşqçisi ilə hər şeyi müzakirə etməliydim, amma etmədim. Sonra klubda işimə başlamaq haqqında daha çox düşündüm”.

Ötən gün məlum olub ki, Lopes məşq zamanı ombasından zədə alıb.

“Barselona” İspaniya çempionatının 5 turundan sonra 15 xalla turnir cədvəlinə başçılıq edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button