Flik Levandovskini əvəzləməsinin səbəbini açıqladı

“Barselona”nın baş məşqçisi Hans-Diter Flik İspaniya çempionatının “Osasuna” ilə səfər matçında komandanın hücumçusu Robert Levandovskinin niyə dəyişdirilməsini açıqlayıb.

Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, o, polşalı futbolçunun istirahətə ehtiyacı olduğunu söyləyib:

“Levandovski istirahətə ehtiyacı olduğu üçün dəyişdirildi. O, güclü futbolçudur, amma üç gündən bir matçımız olur. Bu, onun xeyrinə edilib”.

Kataloniya klubu səfərdə “Osasuna”ya 2:4 hesabı ilə uduzub. Bu uğursuzluğa baxmayaraq, Flikin yetirmələri İspaniya çempionatının turnir cədvəlində birinci yeri tutmaqda davam edirlər. “Barselona” turnir cədvəlində ikinci yerdə olan “Real”ı 4 xal qabaqlayır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button