Flik Levandovskinin “Barselona”dakı gələcəyi ilə bağlı qərar verib

Almaniyalı mütəxəssis Hans-Diter Flikin komandaya baş məşqçi təyin olunacağı təqdirdə, “Barselona”nın hücumçusu Robert Levandovskinin gələcəyi məlum olub.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, polşalı hücumçu növbəti mövsüm də Kataloniya klubunda qalacaq. Flik əvvəllər “Bayern”də işlədiyi Levandovski ilə əməkdaşlıqda maraqlıdır.

35 yaşlı forvard 2023/2024 mövsümündə “Barselona”da 49 matçda iştirak edib, 26 qol vurub və 9 məhsuldar ötürmə edib. Onun Kataloniya klubu ilə müqaviləsi 2026-cı ilə qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button