
Flik Levandovskini təriflədi
“Barselona”nın baş məşqçisi Hans-Diter Flik La Liqanın son turunda “Selta” üzərində 4:2 hesablı qələbəni şərh edib və komandanın hücumçusu Robert Levandovskinin oyununu yüksək qiymətləndirib.
37 yaşlı polşalı forvard görüşün qəhrəmanına çevrilib – o, het-triklə yadda qalıb.
Komanda.az xəbər verir ki, almaniyalı çalışdırıcı matçdan sonra keçirilən mətbuat konfransında bunları deyib:
“Bu gün Levandovski xüsusilə yaxşı idi. Həqiqətən də, möhtəşəm oyun göstərdi. O, meydanda əhval-ruhiyyəsi ilə fərq yaratdı və nəticəni müəyyənləşdirdi”.
Levandovski hazırda La Liqanın bombardirlər siyahısında ikinci pillədə qərarlaşıb. Onun hesabında 7 qol var. Siyahının lideri isə 13 qolla “Real”ın hücumçusu Kilian Mbappedir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



