Flik: “Belə olmamalıdır, daha yaxşı oynamalıyıq”

“Barselona”nın baş məşqçisi Hans-Diter Flik La Liqada “Rayo Valyekano” ilə heç-heçə (1:1) nəticələnən matçdan sonra komandasının çıxışını sərt tənqid edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, almaniyalı mütəxəssis oyundan sonra verdiyi açıqlamada çoxlu səhvlər buraxdıqlarını bildirib:

“Çoxlu səhvlər buraxdıq, əslində biz daha yaxşı oynaya bilərik. “Rayo Valyekano” fantastik çıxış etdi. Mən komandamdan razı qalmadım, çoxlu top itkimiz oldu. Belə olmamalıdır, daha yaxşı oynamalıyıq”.

Flik həmçinin, bildirib ki, qarşılaşmadan sonra oyunçularla söhbət edib:

“Onlarla danışmalı idim, çünki milli komandalara gedəcəklər. Yalnız indi demək imkanı tapdım ki, biz daha yaxşı oynamalıyıq”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button