Flik keçmiş futbolçusunu “Barselona”ya dəvət etmək istəyir
“Barselona”nın baş məşqçisi Hans-Diter Flik “Bayern”də birlikdə çalışdığı yarımmüdafiəçi Coşua Kimmixlə yenidən bir yerdə işləmək üçün daha bir il gözləməyə hazırdır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Barselona” çətin ki, bu yay alman yarımmüdafiəçini transfer edə bilsin.
Flik Kimmixlə razılığa gəlməyi planlaşdırır ki, onun “Barsa”ya transferi 2025-ci ilin yayında, azad agent kimi baş tutsun.
Kimmix “Bayern”dəkı mövqeyindən narazıdır və klubdan ayrılmağa etiraz etməyəcək. 29 yaşlı futbolçu ilə İngiltərə Premyer Liqasının klubları da maraqlanır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin