
Flik istədi, “Barselona” rəhbərliyi axtarışa başladı
“Barselona”nın baş məşqçisi Hans-Diter Flik müdafiə xəttini gücləndirmək istəyir.
Komanda.az xəbər verir ki, bu barədə “Diario Sport” məlumat yayıb. Mənbənin məlumatına görə, alman mütəxəssis müdafiənin hər iki cinahında oynaya biləcək müdafiəçi ilə müqavilə imzalamaq xahişi ilə “Barselona”nın idman direktoru Dekuya müraciət edib. Kataloniya klubunun Flikin istəyini yerinə yetirmək üçün əlindən gələni etdiyi bildirilir.
İspaniya çempionatının turnir cədvəlinə 25 turdan sonra 54 xalla “Barselona” başçılıq edir. Flikin komandası martın 2-də “Real Sosyedad”ı qəbul edəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin