
Flikdən satılacağı deyilən futbolçu haqda açıqlama
“Barselona”nın yarımmüdafiəçisi Fermin Lopesin adı tez-tez transfer xəbərlərində hallanır. Komandanın baş məşqçi Hans-Diter Flik bu mövzuda açıqlama verib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, almaniyalı mütəxəssis heç bir futbolçusunu itirmək istəmədiyini bildirib:
“Fermin Lopes barədə yayılan söz-söhbətlər? Mən heç bir futbolçumu itirmək istəmirəm, çünki onların hər birinin xüsusi keyfiyyətlərinə ehtiyacımız var. Qarşıda uzun mövsüm bizi gözləyir. Mən hər kəsə ehtiyac duyuram”.
“Barselona” avqustun 23-də La Liqa çərçivəsində səfərdə “Levante” ilə qarşılaşacaq. İlk turda isə kataloniyalılar səfərdə “Malyorka”nı 3:0 hesabı ilə məğlub ediblər.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



