![](https://komanda.az/wp-content/uploads/2024/05/Hans-Diter-Flik.jpg)
Flik: “Daha yaxşı oynaya bilərik”
“Barselona”nın baş məşqçisi Hans-Diter Flik komandasının oyununu necə inkişaf etdirə biləcəyindən danışıb.
Komanda.az “Barca Universal”-a istinadən xəbər verir ki, almaniyalı çalışdırıcının fikrincə, komandasının təkmilləşdirməli olduğu bəzi məqamlar var:
“Daha yaxşı oynaya bilərik. Bəzən sadəcə topu saxlamaq və rəqibləri qaçmağa buraxmaq faydalıdır. Bu, topa sahib olan komandaya enerjiyə qənaət etməyə kömək edir. Biz bu aspekt üzərində işləməliyik, bu barədə çox danışırıq”.
Kataloniyalılar dünən səfərdə “Valensiya”nı 5:0 hesabı ilə məğlub edərək, İspaniya kubokunun yarımfinalına adlayıblar. Flikin komandası bu mövsüm keçirdiyi 35 oyunun 16-da qalib gəlib, ümumilikdə 109 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin