Flik Felikslə bağlı qərar verib
“Barselona”nın baş məşqçisi Hans-Diter Flik “Atletiko”dan icarəyə götürülən portuqaliyalı hücumçu Joao Feliksin komandadakı gələcəyi ilə bağlı qərar verib.
Komanda.az “sport.es”-ə istinadən xəbər verir ki, alman məşqçi forvardın növbəti mövsümdə də klubda qalmasını istəyir. Flik futbolçu ilə icarə əməkdaşlığının mümkün uzadılmasını təsdiqləyib. Tərəflər hazırda danışıqlar aparır.
Feliks 2023/2024 mövsümündə Kataloniya komandasının heyətində 44 matçda iştirak edib, 10 qol vurub, 6 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin