Flik Fatini niyə oynatmayıb?

“Barselona”nın baş məşqçisi Hans-Diter Flik zədəsini sağaldan hücumçu Ansu Fatinin meydana çıxmamasının səbəbini açıqlayıb.

Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, almaniyalı çalışdırıcı Fatinin yüz faiz hazır olduğunu bildirib:

“Fati yüz faiz hazırdır, lakin “Xetafe” ilə son matç çətin alındı və biz başqa oyunçulardan istifadə etmək qərarına gəldik”.

21 yaşlı hücumçu ötən mövsüm icarə əsasında “Brayton”da çıxış edib. O, İngiltərə çempionatının 19 matçında iştirak edib, 2 qol vurub.

İspaniya çempionatının 7-ci turunun “Barselona” – “Xetafe” matçı 1:0 hesablı kataloniyalıların qələbəsi ilə başa çatıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button