Fatini ruhlandırmaq üçün baş məşqçidən maraqlı addım

“Barselona”nın baş məşqçisi Hans-Diter Flik hücumçu Ansu Fatini komandadan kənarlaşdırmır.

22 yaşlı futbolçu zədə problemləri və hücumda rəqabət səbəbindən yanvarın əvvəlindən komandadan uzaq qalıb.

Komanda.az “El Pais”-ə istinadən xəbər verir ki, məyusedici vəziyyətə baxmayaraq, kataloniyalıların çalışdırıcısı hələ də Fatinin yüksək formada olacağına və komandaya kömək edəcəyinə ümid edir.

Flik hətta ispaniyalı oyunçunu ruhlandırmaq və özünə inamını bərpa etmək üçün ona motivasiya videosu da hazırlayıb.

Fati bu mövsüm “Barselona”nın heyətində 8 matçda iştirak edib. Onun klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin ortalarına qədər nəzərdə tutulub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button