Flikdən şans vermədiyi Fati haqda açıqlama

“Barselona”nın baş məşqçisi Hans-Diter Flik komandanın heyətində həmişə yer almayan Ansu Fati ilə bağlı fikirlərini bölüşüb.

Komanda.az “Barca Universal”-a istinadən xəbər verir ki, o, bunu deyib:

“Baxaq, Fati oyuna vaxt ayıra biləcəkmi? Ona ehtiyacımız olsa, oyuna buraxacağıq”.

22 yaşlı futbolçu bu mövsüm bütün turnirlərdə 8 matçda iştirak edib və heç bir təsirli hərəkətə imza atmayıb. O, sonuncu dəfə yanvarın 4-də, kubok oyununda meydana çıxıb, lakin noyabrdan bəri La Liqa matçında oynamayıb.

Bu gün “Barselona” “Jirona” ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button