Flik: “De Yonqla bağlı qərar vermək üçün gözləmək lazımdır”

“Barselona”nın yarımmüdafiəçisi Frenki de Yonq İspaniya çempionatının 10-cu turunun “Sevilya” ilə oyununda meydana çıxmamaq riski ilə üzləşib.

Komanda.az AS nəşrinə istinadən xəbər verir ki, bu haqda Kataloniya klubunun baş məşqçisi Hans-Diter Flik məlumat verib:

“De Yonq son vaxtlar yaxşı məşq edir, lakin hələlik qərar vermək üçün gözləmək lazımdır. O, son oyunu diskomfortla başa vurub. Bundan sonra o, fərdi məşqə keçib”.

Niderlandlı futbolçu aprel ayından zədəsini sağaldır. O, oktyabrda iki qarşılaşmada iştirak edərək, meydana qayıdıb.

“Barselona” – “Sevilya” oyunu bu gün keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button