Flik De Yonqu niyə oynatmayıb?

“Barselona”nın baş məşqçisi Hans-Diter Flik İspaniya La Liqasının 10-cu turunun “Sevilya” ilə matçında yarımmüdafiəçi Frenki de Yonqun yoxluğunu şərh edib.

Komanda.az “Barsa Universal”-a istinadən xəbər verir ki, almaniyalı çalışdırıcı mətbuat konfransında De Yonqun zədəli olmadığını bildirib:

“De Yonq zədəli deyil, oynaya bilərdi. Mən sadəcə onun yerinə Qavini seçdim”.

Qarşılaşma “Barselona”nın 5:1 hesablı qələbəsi ilə başa çatıb.

De Yonq 2024-cü ilin aprelində topuğundan aldığı zədəni sağaldır. O, oktyabrda 24 dəqiqə meydanda qaldığı iki matçda iştirak edib. Qavi isə zədə səbəbindən 11 aylıq fasilədən sonra “Sevilya” ilə matçda meydana çıxıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button