
Flik də ABŞ-da keçiriləcək oyundan danışdı
“Barselona”nın baş məşqçisi Hans-Diter Flik İspaniya çempionatında “Vilyarreal”la ABŞ-da keçiriləcək qarşılaşma barədə fikirlərini bölüşüb.
Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, almaniyalı mütəxəssis açıqlamasında futbolçular arasında narazılıq olsa da, qərara hörmətlə yanaşmaq lazım olduğunu bildirib:
“Futbolçular arasında müəyyən narazılıq var, ancaq qərar La Liqanındır. Biz sadəcə oynamağa borcluyuq. La Liqanın qərarına hörmətlə yanaşmaq lazımdır”.
“Barselona” İspaniya La Liqasının 8 turundan sonra 19 xal toplayaraq, turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. Flikin komandası lider “Real”dan 2 xal geri qalır.
Kataloniya təmsilçisi növbəti oyununu bu gün doğma meydanda “Jirona”ya qarşı keçirəcək.
Bizi Facebook-da izləyin



