Flik “Borussiya” ilə matçda ən çox nəyi bəyənib?

“Barselona”nın baş məşqçisi Hans-Diter Flik UEFA Çempionlar Liqasında Dortmund “Borussiya”sı ilə oyunun əsas məqamlarını diqqətə çatdırıb.

Komanda.az “Barca Universal”-a istinadən xəbər verir ki, almaniyalı çalışdırıcı topla yaxşı davrandıqlarını bildirib:

“Bu matçın ən yaxşı tərəfi? İlk hissədəki çıxışımız oldu. Ferran Torres və Fermin Lopes əvəzetmədən meydana çıxdıqdan sonra vəziyyət dəyişdi. “Borussiya” ilə matçın ilk yarısı indiyə qədər gördüyüm ən yaxşılarından oldu. Topla yaxşı davrandıq və düzgün mövqelər tutduq. Mən bunu çox bəyəndim”.

Kataloniyalılar səfər oyununda Rafinya Diasın qolu və Ferran Torresin dublu sayəsində qələbə (3:2) qazanıblar.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button