
Flik: “Biz qalib gəlməliyik”
“Barselona” dünən UEFA Çempionlar Liqasının yarımfinalında doğma meydanda “İnter”lə 3:3 hesablı heç-heçə edib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, oyundan sonra Kataloniya komandasının baş məşqçisi Hans-Diter Flik açıqlama verib:
“Matça çox yaxşı başlamadıq, amma dərhal oyuna qayıtdıq. İkinci hissə həyəcanlı keçdi. Bu qarşıdurmada bir matç qalıb və biz qalib gəlməliyik. Düşünürəm ki, bu, “finaldan əvvəl final” oyununa uyğun gəlir.
Hesab 0:2 olanda bilirdim ki, bu, böyük klublar arasında əsl yarımfinaldır. Rəqibin də bizə qarşı yaxşı təcrübəsi olduğunu bilirdim. Hesab 1:2 olarkən Ferran Torresin qolu çox vacib idi”.
Cavab matçı mayın 6-da Milanda keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin