Almaniyalı məşqçi “Barselona”nın prezidenti ilə görüşüb

“Bayern”inn və Almaniya yığmasının keçmiş baş məşqçisi Hans-Diter Flik “Barselona”nın prezidenti Xuan Laporta ilə görüşüb və kluba mümkün keçidi illə bağlı ilkin məsləhətləşmələr aparılıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, danışıqların səmərəli keçdiyi bildirilib. Kataloniya klubu gələcək məşqçinin fiquru ilə bağlı nəhayət, qərar vermədiyi üçün hələlik razılıq yoxdur.

Daha əvvəl “Barselona” rəhbərliyinə hazırda “Yuventus”a başçılıq edən Massimiliano Alleqrinin namizədliyi təklif olunub. Ancaq bu, əsas seçim deyil. Klubda onunla bağlı şübhələr var.

Flik ötən ilin sentyabrında Almaniya millisindən qovulandan bəri işsizdir. Həmin vaxt komanda son 5 yoldaşlıq oyununda 4 dəfə məğlub olub, 1 dəfə heç-heçə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button