Flik onu “Barselona”ya gətirmək istəyir

“Barselona” “Bayer”in ən yaxşı oyunçularından biri ilə güclənmək istəyir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, İspaniya klubu Ceremi Frimponqu hədəfləyib.

“Barsa”nın yeni baş məşqçisi Hans-Dieter Flik niderlandlı futbolçu ilə şəxsən maraqlanır. Belə ki, kataloniyalılar Leverkuzen klubuna təklif versələr də, onların reaksiyası hələ ki, məlum deyil.

Frimponq ötən mövsüm 47 matçda iştirak edib, 14 qol vurub, 12 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button