Flikin “Barselona”nın hücumu üçün 2 variantı var

“Barselona”nın baş məşqçisi Hans Diter Flik komandanın hücum xəttini gücləndirmək istədiyi futbolçularla bağlı qərar verib.

Komanda.az “sport.es”-ə istinadən xəbər verir ki, almaniyalı mütəxəssis üçün ilk seçim İspaniya millisinin və “Atletik”in vingeri Niko Uilyamsdır. Lakin futbolçunun yüksək transfer haqqına görə bu razılaşma çətin ki, baş tutsun.

Flik ikinci variant kimi başqa bir ispaniyalını – “Leyptsiq”də çıxış edən Dani Olmonu nəzərdən keçirir.

Flik 2023/24 mövsümü başa çatdıqdan sonra “Barselona”ya keçib. Alman çalışdırıcı komandanın “sükanı arxasında” Xavini əvəzləyib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button