“Barselona” La Liqa matçına ciddi dəyişikliklərlə çıxa bilər

“Barselona”nın qapıçısı Mark-Andre ter Ştegen uzun fasilədən sonra meydana qayıda bilər.

Almaniyalı qolkiperin “Valyadolid”ə qarşı sabah baş tutacaq oyunda start heyətində yer alacağı gözlənilir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, baş məşqçi Hans-Diter Flik heyətdə rotasiyaya üstünlük verəcək. Komandanın əsas oyunçularına istirahət veriləcək ki, onlar UEFA Çempionlar Liqasının yarımfinal mərhələsində “İnter”ə qarşı cavab oyununa tam hazır olsunlar.

Ter Ştegen sentyabrdan bəri zədə səbəbilə meydana çıxmırdı.

Müdafiənin cinahlarında Gerard Martin və Ektor Fortun oynayacağı bildirilir. Andreas Kristensen isə ötən ilin avqustundan sonra ilk dəfə oyuna əsas heyətdə başlaya bilər.

Yarımmüdafiədə Qavi və Fermin Lopesə, hücumda isə Pau Viktor və Ansu Fatiyə şans veriləcək. 17 yaşlı Lamin Yamalın oynayıb-oynamayacağı isə hələlik dəqiqləşməyib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button