Flik “Barselona”nın əsas problemini açıqladı

“Barselona”nın baş məşqçisi Hans-Diter Flik komandanın bu mövsümdə əvvəlki qədər uğurlu olmamasının səbəbini açıqlayıb.

Oktyabrın 26-da keçirilən “el klasiko”da “Real”a 1:2 hesabı ilə məğlub olan kataloniyalılar turnir cədvəlində Madrid təmsilçisindən artıq 5 xal geri qalırlar.

Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, almaniyalı çalışdırıcı “Barselona”nın əsas probleminin rəqib qapısı qarşısında səmərəsiz olmasını hesab edir. O, komandasının yaradılan imkanlardan yetərincə istifadə etmədiyini vurğulayıb.

“Barselona” ötən mövsüm La Liqanı, ölkə kubokunu və İspaniya superkubokunu qazanmış, həmçinin, UEFA Çempionlar Liqasının yarımfinalına qədər irəliləmişdi.

Kataloniya təmsilçisi növbəti matçını noyabrın 2-də, doğma meydanda “Elçe”yə qarşı keçirəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button