Flik Arauxoya görə “Barselona” rəhbərliyinə müraciət edib

“Barselona”nın yeni təyin olunmuş baş məşqçi Hans-Diter Flik mərkəz müdafiəçisi Ronald Arauxonu komandada saxlamaq niyyətindədir.

Komanda.az “Diario Sport”-a istinadən xəbər verir ki, almaniyalı mütəxəssis bununla bağlı klub rəhbərliyinə müraciət edib.

Flik, klubdan uruqvaylı futbolçunu saxlamaq üçün hər cür səy göstərmələrini istəyib. 

“Barselona”, “Mançester Yunayted”, “Bayern” və “Çelsi”nin maraqlandığı futbolçu ilə müqaviləni uzatmaq istəyir. 

Arauxo ötən mövsüm La Liqada 25 oyun keçirib, 1 qol vurub və 2 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button