
“Barselona” ilə 50-ci qələbə
“Barselona”nın baş məşqçisi Hans-Diter Flik komanda ilə 50-ci qələbəsini rəsmiləşdirib.
Kataloniya təmsilçisi dünən La Liqada “Ovyedo”nu (3:1) məğlub edib. Baxmayaraq ki, komanda oyunun gedişində 0:1 geri düşmüşdü.
Almaniyalı mütəxəssis bu nailiyyətə 67-ci oyunda çatıb və klub tarixində 50 qələbə həddini keçən 14-cü baş məşqçi olub.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, bu göstəriciyə “Barselona”nın tarixində yalnız iki mütəxəssis – Luis Enrike (60 oyun, 2015) və Elenio Errera (64 oyun, 1959) daha tez nail olub.
Flik 2024-cü ilin yayında Xavi Ernandesin yerinə “Barselona”ya baş məşqçi təyin olunub. Onun rəhbərliyi altında komanda ilk mövsümdə La Liqanı, İspaniya kuboku və superkubokunu qazanıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



