Flik “Barselona”da yeni sistem hazırlayıb – Reşfordun rolu dəyişəcək

“Barselona”nın məşqçilər heyəti PSJ və “Sevilya” ilə oyunlarda məğlubiyyətləri diqqətlə təhlil edib. Beynəlxalq fasilədən sonra baş məşqçi Hans-Diter Flik komandanın sistemində dəyişiklik edə bilər.

Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, Flikin ideyalarından biri Markus Reşforddan mərkəz hücumçusu kimi istifadə etməkdir. İdeya Reşfordun öndə, Lamin Yamal və Rafinyanın cinahlarda, Ferran Torresin isə hücumameyilli yarımmüdafiəçi kimi fəaliyyət göstərməsidir.

Flik hesab edir ki, bu sistemlə komanda meydanda aqressiv və koordinasiyalı pressinqləri daha yaxşı yerinə yetirə biləcək. Son oyunlarda komandanın problemlərindən biri də bu idi.

“Barselona” La Liqanın turnir cədvəlində lider “Real”dan sonra ikincidir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button