Flik: “Mən heç vaxt hakimlik haqqında danışmıram”

“Barselona”nın baş məşqçisi Hans-Diter Flik “Real”ın son oyununda hakimlərin işi ilə bağlı danışmaq istəməyib.

Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, almaniyalı çalışdırıcı heç vaxt hakimlik haqqında danışmadığını bildirib:

“Mən heç vaxt hakimlik haqqında danışmıram. Hər şeyi olduğu kimi qəbul etməlisən. “Real”ın oyununa baxdım? Bəli. Mənə maraqlı idi, bunu inkar etməyəcəm”.

İspaniya kubokunun 1/8 final mərhələsində “kral klubu” “Selta”nı 5:2 hesabı ilə məğlub edib.

“Barselona” İspaniya çempionatının 19 turundan sonra 38 xal toplayıb və turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. Komanda növbəti oyunda səfərdə “Xetafe” ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button