Flikin Noyer sevgisi
Almaniya millisinin baş məşqçisi Hans-Diter Flik ”Bayern”in qapıçısı Manuel Noyer barədə danışıb.
Komanda.az “sport1.de”-yə istinadən xəbər verir ki, o, 2024-cü ildə keçiriləcək Avropa çempionatında millinin əsas qapıçısı kimi Noyeri gördüyünü deyib. Həmin il almaniyalı futbolçunun 38 yaşı olacaq.
Bundestimin çalışdırıcısı “Barselona” və “Ayntraxt”ın qapıçıları – Mark-Andre ter Şteqenlə Kevin Trappı əsas heyət futbolçusu kimi görmür.
Noyer 2009-cu ildə Almaniya millisində ilk matçına çıxıb. Ümumilikdə, o, milli komandanın heyətində 117 oyun keçirib, onlardan 48-də qapısını toxunulmaz saxlaya bilib.
Noyer dörd dünya çempionatında (2010, 2014, 2018, 2022) və üç Avropa çempionatında (2012, 2016, 2020) Almaniya millisinin əsas qapıçısı olub.
Bizi Facebook-da izləyin