“Flik oyunçuları ilə necə danışmağı bilir” – Yeni transfer

“Barselona”nın cinah oyunçusu Runi Bardqi komandanın baş məşqçisi Hans-Diter Fliklə bağlı fikirlərini bölüşüb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, almaniyalı mütəxəssisin əla insan olduğunu söyləyib:

“Flik əla məşqçi və əla insandır. O, oyunçuları ilə necə danışmağı bilir. Dəfələrlə yaxşı söhbətlərimiz olub, ona görə də, “Barselona”ya qoşulduğum üçün xoşbəxtəm”.

Runi bu il yayda “Kopenhagen”dən iki milyon yarım avroya “Barselona”ya keçib. Onun Kataloniya klubu ilə müqaviləsi 2029-cu ilin ortalarına qədər qüvvədədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button