“Flamenqo”nun “Qarabağ”ın hücumçusu ilə maraqlanması sabiq futbolçunu təəccübləndirib
“Flamenqo”nun Juninyonu transfer etmək istəyi məni təəccübləndirdi”.
Komanda.az “Lance” nəşrinə istinadən xəbər verir ki, bunu sabiq futbolçu Ramon Motta “Qarabağ”ın hücumçusu Olavio Juninyonun Braziliya təmsilçisinə mümkün keçidini şərh edərkən deyib.
36 yaşlı keçmiş müdafiəçi sabiq klubundan adlı-sanlı oyunçu transferi gözlədiyini bildirib:
“Daha əvvəl Rojer Qedes və Roberto Firminonun da adı çəkilirdi. Bu məqamda Qabiqolu (Qabriel Barbosa) əvəzləyə biləcək futbolçu gözləyirdim”.
Juninyo 2023-cü ildən “Qarabağ”ın formasını geyinir. O, Azərbaycan çempionatının və kubokunun qalibi olub.
Motta karyerası ərzində 2013/14 mövsümündə icarə əsasında “Beşiktaş”ın da formasını geyinib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin