“Flamenqo”nun baş məşqçisinin təkrar koronavirus testi neqativ çıxdı
Braziliyanın sonuncu çempionu “Flamenqo” klubunun baş məşqçisi Jorje Jezusda koronavirus aşkarlandığını xəbər vermişdik.
Komanda.az xəbər verir ki, bu barədə bir neçə gün öncə klubun rəsmi saytı məlumat yaymışdı.
Xəbərdə 65 yaşlı portuqaliyalı mütəxəssisdə koronavirus testinin pozitiv çıxdığı diqqətə çadırılmışdı. Bu üzdən də “Flamenqo”ya tarixinin ən yaxşı mövsümünü yaşadan məşqçi karantinə alınmışdı. Lakin təcrübəli məşqçidən götürülən təkrar testlər onun koronavirusa yoluxmadığını göstərib. Bu barədə Jezus özünün sosial şəbəkə hesabında məlumat paylaşıb:
“Koronavirusla əlaqədar verdiyim ikinci testin nəticəsi neqativ çıxdı. Buna görə çox sevincliyəm. Mənə dəstək olanlara təşəkkürlərimi bildirirəm. Virusdan əziyyət çəkənlər üçün dua etməyə davam edəcəm”.
2019-cu ilin iyun ayından “Flamenqo”nu çalışdıran Jorje Jesus, bu komandaya 38 il sonra Libertadores kubokunu qazandırıb.
Bizi Facebook-da izləyin