“Flamenqo”dan Super Liqa klubuna
Türkiyənin “Gənclərbirliyi” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisi paraqvaylı yarımmüdafiəçi Robert Piris da Mottanı transfer edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 26 yaşlı futbolçu Braziliyanın “Flamenqo” klubundan satınalma şərti ilə bir illik icarəyə götürülüb.
Paraqvay yığmasında da oynayan Da Motta “Flamenqo”dan öncə “Rubio Nu”, “Olimpiya”, “San Lorenso” kimi klublarda da forma geyinib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin