“Flamenqo”dan “Milan”a – 11 milyon avroya

Növbəti mövsüm üçün hazırlıqları davam etdirən İtaliyanın “Milan” klubu yeni transferə hazırlaşır.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, “qırmızı-qaralar”,  “Flamenqo”nun müdafiəçisi Leo Duarteni heyətinə qatmağa hazırlaşır. Braziliya klubunun baş məşqçisi Jorge Xesus, 23 yaşlı futbolçu üçün “Milan”la razılıq əldə etdiklərini bildirib:

“Duarte növbəti mövsüm “Milan”ın formasını geyinəcək. Razılıq əldə olunub. O, çox istedadlı futbolçudur. Onun üçün ən yaxşısını arzulayıram”.

İtaliya təmsilçisinin braziliyalı futbolçu üçün “Flamenqo”ya 11 milyon avro təzminat ödəyəcəyi bildirilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button