24 saatda 2 çempionluq qazandılar

Braziliya A Seriyasında mövsümün qalibi məlum olub.

Komanda.az xəbər verir ki, ən yaxın izləyicisi “Palmeyras”ın son turda “Qremio” ilə oyunda (1:2) xal itirməsindən sonra “Flamenqo” sona 4 tur qalmış çempionluğunu rəsmiləşdirib. 81 xalla lider olan “qırmızı-qaralar”, geridə qalan 34 turda 25 dəfə qələbə qazanıb, 3 dəfə də məğlub olub.

“Flamenqo” bununla da, klub tarixində 7-ci dəfə Braziliya çempionu olub.

Braziliya təmsilçisi noyabrın 23-də Argentinanın “River Pleyt” klubunu məğlub edərək (2:1), Libertadores kubokunu da qazanmışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button