“Flamenqo” “Qarabağ”ın hücumçusunun keçidini bu gün rəsmən açıqlaya bilər

“Qarabağ”ın hücumçusu Juninyonun Braziliyanın “Flamenqo” klubuna keçidi yekunlaşmaq üzrədir.

Komanda.az xəbər verir ki, hazırda vətənində olan 28 yaşlı hücumçunun bu gün tibbi müayinədən keçəcəyi, daha sonra Rio klubu ilə müqavilə imzalayacağı gözlənilir.

Məlumata görə, müqavilə 2028-ci ilin sonuna qədər nəzərdə tutulacaq. Braziliya klubunun bu keçidə görə “Qarabağ”a 5 milyon avro ödəyəcəyi deyilir.

Amma bu pulun hamısının “Qarabağ”a çatmayacağı da söylənilir. “Qol.az” saytının yaydığı məlumata görə, “köhlən atlar”ın Juninyonun əvvəlki klubu olan “Saveş”lə anlaşmasında nəzərdə tutulub ki, gəlirin 15 faizi Portuqaliya təmsilçisinə ödənməlidir. Bu isə 750 min avro edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button