Fiziyevin Geyci ilə döyüşünün vaxtı açıqlandı

Azərbaycanın yüngül çəkidə MMA döyüşçüsü Rafael Fiziyevin ABŞ təmsilçisi Castin Geyci ilə mümkün döyüşünün vaxtı açıqlanıb.

Komanda.az xəbər verir ki, görüş bu il dekabrın 10-da, Las-Veqasdakı UFC-282 turnirində baş tuta bilər. Bu, təşkilatın cari ildəki son tədbiri olacaq.

Döyüşçülərin özləri hələlik bununla bağlı heç bir açıqlama verməyiblər.

Fiziyev son döyüşündə braziliyalı Rafael dos Anyusu məğlub edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button