
“Fiziki və taktiki baxımdan çox işimiz var” – Azər Bağırov
“Kəpəz”in baş məşqçisi Azər Bağırov Azərbaycan Premyer Liqasının 7-ci turu çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri oyundan danışıb.
Komanda.az xəbər verir ki, o, 0:1 hesablı məğlubiyyəti belə şərh edib:
“Bu gün uğursuz gedişata son qoymaq istəyirdik, baxmayaraq ki, “Qarabağ”a qarşı oynayırdıq. Uşaqlara təşəkkür edirəm. Səhvləri minimuma endirməyə çalışmaq lazımdır. Paltardəyişmə otağında dediyim kimi, daha çox çalışmaq lazımdır. Bu gün digər oyunlara nisbətən daha çox istəkli idilər.
Məğlubiyyətlər futbolçularda motivasiyanı aşağı salmışdı. Hər bir futbolçu ilə ayrı-ayrılıqda danışıb motivasiya vermişik. Fiziki və taktiki baxımdan çox işimiz var”.
Nəzrin
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin


