
Firminoya La Liqadan “elçi”
“Liverpul”un hücumçusu Roberto Firmino karyerasını İspaniyada davam etdirə bilər.
Komanda.az “Fichajes”-ə istinadən xəbər verir ki, 30 yaşlı braziliyalı forvardın xidmətində “Atletiko” maraqlıdır. Madrid klubu futbolçunu heç bir pul ödəmədən transfer etmək istəyir.
Firmino bu mövsüm Premyer Liqada 5 oyuna çıxıb, 3 qol vurub və 3 məhsuldar ötürmə edib. Onun İngiltərə klubu ilə müqaviləsi 2023-cü ilin yayına kimi nəzərdə tutulub.
Bizi Telegramda izləyin
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin