
Firminonun atası vəfat edib
“Əl-Əhli”nin futbolçusu Roberto Firminonun atası ailəsi ilə birlikdə Dubayda tətildə olarkən vəfat edib.
Komanda.az UOL-a istinadən xəbər verir ki, ölümə səbəb infakt olub.
Braziliyalı futbolçu bu mövsüm “Əl-Əhli”nin heyətində 14 matçda iştirak edib, 3 qol vurub və 3 məhsuldar ötürmə edib. Onun Səudiyyə Ərəbistanı klubu ilə hazırkı müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin