
Həmyerlisindən Vinisiusa məsləhət
“Liverpul”un braziliyalı sabiq hücumçusu, hazırda Qətərin “Əl-Sədd” klubunda çıxış edən Roberto Firmino “Real”da forma geyinən həmyerlisi Vinisius Juniora dəstək mesajı göndərib.
Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, o, Vinisiusun möhtəşəm futbolçu olduğunu bildirib:
“Vinisius möhtəşəm futbolçudur. Mənə onunla Braziliya millisində birlikdə oynamaq nəsib olub. Ona məsləhətim odur ki, tənqidlərə fikir verməsin və diqqətini yalnız öz oyununa yönəltsin. Uğurlar arzulayıram, mən onun azarkeşiyəm”.
25 yaşlı Vinisius İspaniya La Liqasının cari mövsümündə 11 matçda meydana çıxaraq, 5 qol vurub və 4 qol məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



