
Firmino Səudiyyə Ərəbistanı klubunda – Rəsmi
“Liverpul”dan ayrılan braziliyalı hücumçu Roberto Firminonun “Əl-Əhli”yə keçidi rəsmiləşib.
Komanda.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı klubunun mətbuat xidməti məlumat yayıb.
31 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalanıb.
2015-ci ildən “Liverpul”da çıxış edən Firmino ötən mövsüm bütün turnirlərdə 35 oyuna çıxıb, 13 qol vurub və 5 qolun ötürməsini verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin