
Fırıldaqçılıqda şübhəli bilinən sabiq futbolçu həbs edilib
Niderland futbolunun tanınmış simalarından olan Kiki Musampa maliyyə fırıldağı səbəbindən Niderlandda həbs edilib. Keçmiş futbolçu dövlət büdcəsinə təxminən 100 min avro az vergi ödəyib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Musampanın evində aparılan axtarış zamanı böyük dəyərə malik dəbdəbəli saat kolleksiyası da aşkarlanıb. Faktla bağlı araşdırmalar davam edir.
Musampa futbolçu karyerasında xüsusilə, 90-cı illərin ortalarında “Ayaks”ın “qızıl nəsli”nin üzvü kimi tanınıb. Sabiq futbolçu 1995-ci ildə klubla birlikdə UEFA Çempionlar Liqasını qazanıb. O, 1997-ci ildə “Ayaks”ı tərk edərək, İspaniyada “Malaqa” və “Atletiko”, İngiltərədə isə “Mançester Siti” kimi klublarda çıxış edib.
Hazırda Musampaya qarşı maliyyə fırıldağı ilə bağlı rəsmi ittihamlar irəli sürülüb və iş üzrə hüquqi proseslər davam edir.
Bizi Facebook-da izləyin



