
“Fiorentina”nın yeni baş məşqçisi məlum oldu
İtaliyanın “Fiorentina” klubunun yeni baş məşqçisi məlum olub.
Komanda.az xəbər verir ki, A Seriyası təmsilçisinin “sükan”ı Cüzeppe Yakiniyə tapşırılıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 55 yaşlı mütəxəssisin təqdimatı dekabrın 28-də keçiriləcək.
Yakini daha əvvəl “Sampdoriya”, “Udineze”, “Sassuolo”, “Empoli” kimi klubları çalışdırıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin